11 
May
2021
18:20
154
210
1687
Virtual karabakh

İranda prezident seçkilərinə qeydiyyat başladı

11 May, 2021
18:20
1687

İranda prezident seçkilərinə qeydiyyat başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda qarşıdakı, 13-cü prezident seçkiləri üçün namizəd olaraq qeydiyyatdan keçmək istəyənlərin müraciətlərinin qəbulu başlayıb.

Bu barədə Press TV xəbər yayır.

Namizədlər siyahısına daxil olmaq üçün 15 may tarixinə qədər lazımi sənədlər təqdim edilməlidir.

Qanuna görə, onların namizədliyi 5-10 gün ərzində İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənməlidir. Seçkilərdə iştirak etmək üçün şuranın qəbul etdiyi namizədlərin siyahısı 26-27 may tarixlərində açıqlanacaq.

Müraciət edənlər arasında keçmiş Müdafiə naziri Hüseyn Dehqan, keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Həsən Nami, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC, İran Silahlı Qüvvələrinin elit bölmələri) Baş Komandanının müşaviri Səid Məhəmməd də var.

İranda prezident seçkiləri 18 iyuna təyin edilib. Hazırkı Prezident Həsən Ruhani ardıcıl ikinci dövr vəzifəsində olduğu üçün seçki kampaniyasında iştirak edə bilməz.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri