12 
May
2021
06:59
226
69
1885
Virtual karabakh

Trampın yeni saytı istifadəçilər arasında populyarlaşıb

12 May, 2021
06:59
1885

Trampın yeni saytı istifadəçilər arasında populyarlaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın keçmiş prezidenti Donald Trampın yeni 45office.com saytında bir həftə ərzində 212 min aktivlik halı qeydə alınıb.

Bu barədə “BuzzSumo” analitik şirkəti məlumat yayıb.

Məlumata görə, başlığında “Trampın süfrəsindən” şüarı yazılan sayt mühafizəkar siyasətçilərin vətəndaşlarla birbaşa ünsiyyətini asanlaşdırmaq məqdsədilə hazırlanıb.

Qeyd edək ki, yeni portalın yaradılmasına ehtiyac Trampın sosial şəbəkə hesablarının bloklanmasından sonra yaranıb. Onlayn resursun istifadəyə verilməsindən cəmi bir həftə sonra burada yerləşdirilən Trampın nitqləri çoxsayda bəyənmə toplayıb. Eks-prezidentin çıxışlarını şərh edənlər də az olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri