14 
May
2021
21:35
251
83
18105
Virtual karabakh

Rusiya dost olmayan ölkələrin siyahısını açıqlayıb

14 May, 2021
21:35
18105

Rusiya dost olmayan ölkələrin siyahısını açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hökuməti dost olmayan xarici dövlətlərin siyahısını açıqlayıb.

TASS xəbər verir ki, siyahı hökumət sənədlərinin toplusu olan rəsmi portalda dərc edilib.

Siyahıya yalnız iki dövlətin adı daxil olunub. Bunlar ABŞ və Çexiyadır.

Beləliklə də, Rusiya prezidentinin 23 aprel tarixli sərəncamı məhz bu ölkələrə münasibətdə tətbiq ediləcək. Sərəncama əsasən, Çexiyanın Rusiyadakı diplomatik nümayəndəliyinə yalnız 19-dək yerli vətəndaşı işə götürmək icazəsi verilib. ABŞ səfirliyi isə ümumiyyətlə bu imkandan məhrum olunub.

Qeyd edək ki, məhdudiyyətlər bu ölkələrin diplomatik nümayəndəlikləri ilə Rusiyada qeydiyyatda olan hüquqi şəxslər arasındakı münasibətlərə də aiddir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri