14 
May
2021
22:27
394
52
4655
Virtual karabakh

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırıb

14 May, 2021
22:27
4655

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Abxaziya və Cənubi Osetiyada Rusiyanın mövcudluğunun qarşısını almalıdır.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Con Bolton “National Review” nəşrindəki məqaləsində yazıb.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Qərb öz məqsədinə çatmayıb. Altı postsovet ölkəsi hələ də NATO-nun tərkibinə daxil edilməyib və alyansla Rusiya arasında “boz zona” olaraq qalmaqdadır.

Bolton Ukrayna və Gürcüstanı hərbi ittifaqa daxil etməyi təklif edib. O, bunun tezliklə edilməsinin vacibliyini vurğulayıb. Boltonun fikrincə, ilk növbədə, Gürcüstana diqqət ayrılmalı, Abxaziya və Cənubi Osetiyada Rusiyaya cavab verilməlidir.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri