16 
May
2021
09:30
194
56
2128
Virtual karabakh

Çin zondu Marsa uğurlu eniş edib

16 May, 2021
09:30
2128

Çin zondu Marsa uğurlu eniş edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin “Çjujun” roverini Marsa daşıyan “Tyanven 1” kosmik aparatı mayın 15-də "qırmızı planet"in səthinə uğurla enib. Bununla da, Çin SSRİ və ABŞ-dan sonra kosmik aparatının Marsa yumşaq enişini həyata keçirən üçüncü dövlət olub.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata əsasən, aparat hələ ötən ilin iyul ayının 23-də Vençan kosmodromundan buraxılıb. Missiya çərçivəsində Mars orbitinə çıxış və müxtəlif manevrlər, həmçinin planetin səthində hərəkət etmək planlaşdırılır.

Alimlər Marsın atmosferi, relyefi, geoloji xüsusiyyətləri, maqnit sahələri barədə dəyərli məlumatlar toplamağa ümid edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri