16 
May
2021
11:04
374
161
1801
Virtual karabakh

İsrail ordusu HƏMAS liderlərinin olduğu yerləri raket atəşinə tutdu

16 May, 2021
11:04
1801

İsrail ordusu HƏMAS liderlərinin olduğu yerləri raket atəşinə tutdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail ordusu HƏMAS üzvlərinin evlərinə və ofislərinə raket zərbələri endirib.

Bu barədə İsrail ordusunun saytında məlumat verilir.

Hərbçilər Fələstin təşkilatı Siyasi bürosunun planlaşdırma və inkişaf şöbəsinin müdiri Samah Saraqanın ofisinə, Qəzza zolağındakı HƏMAS batalyonlarından birinin komandiri Yusif Əbdül-Vəhabın və silah tədarükçüsü Əhməd Abd əl-ər-Rəfahın evinə hücum ediblər.

İsrail hərbçiləri tərəfindən 2017-ci ildən bəri HƏMAS-ın sektordakı siyasi və hərbi qanadına rəhbərlik edən Yəhya Sinvarın evinə də hücum olunub. Onun taleyi barədə məlumat verilmir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri