18 
May
2021
02:17
168
14
5514
Virtual karabakh

Cənubi Koreya xarici turistlər üçün ölkəyə giriş şərtlərini sadələşdirir

18 May, 2021
02:17
5514

Cənubi Koreya xarici turistlər üçün ölkəyə giriş şərtlərini sadələşdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreya Respublikasının baş naziri Kim Bu Kyum koronavirus infeksiyasına qarşı peyvəndləmənin genişləndirilməsi üçün hökumətə tezliklə təşviqat sistemi yaratmağı tapşırıb.

KBS TV bu barədə məlumat yayıb.

“Peyvəndin vətəndaşlar üçün cəlbedici olmasını təmin edəcək tədbirlərin mümkün qədər tez hazırlanması lazımdır”, - deyə o qeyd edib.

Nazir xüsusilə müvafiq qurumlara tapşırıb ki, peyvənd olunmuş şəxslərin məcburi karantindən qarşılıqlı azad edilməsi barədə böyük ölkələrlə ikitərəfli müqavilələr hazırlasınlar.

Hökümət başçısı eyni zamanda vətəndaşları səlahiyyətlilərə etibar etməyə və ölkədə davam edən peyvənd kampaniyasına dəstək olmağa çağırıb.

O, 65 yaşdan yuxarı vaksin vurulanların 89,5 %-nin koronavirusa yoluxmadığına və eyni yaş qrupunda yoluxanların 100 %-nin xəstəliyi yüngül keçirdiyinə diqqət çəkib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri