18 
May
2021
02:34
10
145
1264
Virtual karabakh

Hindistanda koronavirusun yayılması çayın qiymətinə təsir edə bilər

18 May, 2021
02:34
1264

Hindistanda koronavirusun yayılması çayın qiymətinə təsir edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda koronavirusa yoluxmada kəskin artım və quraqlıq çay yığımına mane ola bilər. İstehsalçıların fikrincə, epidemiya ilə əlaqədar vəziyyət nəzarət altına alınmazsa, çay qiymətləri artacaq.

Bu barədə “Financial Times” məlumat yayıb. 

Ölkənin ən böyük çay istehsalçısı olan Assam ştatında 90 çay plantasiyasında ümumilikdə 500-ə yaxın koronavirus infeksiyası qeydə alınıb. Bununla birlikdə, əkin sahibləri pandemiyanın həqiqi dərəcəsini təyin etmək üçün daha çox testə ehtiyac olduğunu deyirlər.

Həmkarlar ittifaqı nümayəndələri hesab edirlər ki, plantasiya işçiləri arasında xəstəliklərin artmasının səbəbi yaşayış və iş şəraitidir.

Qəzetin yazdığına görə, bu günə qədər peyvənd çatışmazlığı səbəbindən işçilərin hamısını peyvənd etmək mümkün olmayıb.

Həmçinin, vəziyyətin kəskinləşməsinə Assamda və ölkənin şimal-şərqindəki ştatlarda baş verən şiddətli quraqlıqla da şərait yaradır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri