17 
May
2021
15:33
555
47
5753
Virtual karabakh

Nazir: “Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik”

17 May, 2021
15:33
5753

Nazir: “Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanlılar və gürcülər əsrlər boyu birgə yaşayıblar. Azərbaycanlılar bizim qardaşlarımızdır”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri Dmanisidə jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir:

“Etnik azərbaycanlılar ilk növbədə bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur. Biz qarşıdurmaya yol verə bilmərik. Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqdim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri