18 
May
2021
01:44
308
261
5114
Virtual karabakh

Antalyada şort geyindiyi üçün qızı saçından tutub sürüdülər

18 May, 2021
01:44
5114

Antalyada şort geyindiyi üçün qızı saçından tutub sürüdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində tələbə Elif Ülkü Eroğlu küçədəki zibil yeşiyinə zibil atmağa çıxan zaman qonşusu tərəfindən döyülüb.

“Sözçü” xəbər verir ki, onunla eyni binada yaşayan Mahsun Tatar adlı şəxs “bizim məhlədə belə geyinmək olmaz” deyərək şort geyindiyi üçün qıza fiziki güc tətbiq edib.

Qızın səsinə gələn ailəsi onu saçından tutub sürüyərək döyən şəxsin əlindən qurtarıblar.

Mahsun Tatar nəzarətə götürülüb.

Eroğlu yaşadığı dəhşəti sosial media hesabından paylaşıb və həmin şəxsin cəzasız qalmamasını istədiyini deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri