18 
May
2021
08:40
139
40
6914
Virtual karabakh

Məcburiyyətdən on bir gün ağacda yaşadı

18 May, 2021
08:40
6914

Məcburiyyətdən on bir gün ağacda yaşadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Telinqana əyalətinin on səkkiz yaşlı sakini koronavirusa yoluxduqdan sonra özünü təcrid etmək məcburiyyətində qalıb.

India.com xəbər verir ki, Şiva on bir günü ağacda keçirib.

Valideynləri ilə bir otaqlı evdə yaşayan tələbə onları yoluxdurmamaq üçün çıxış yolunu bunda görüb.

O, evin yaxınlığında olan ağacda müvəqqəti sığınacaq yaradıb. Yalnız gecə saatlarında tarlaya enən yeniyetmə yemək və digər lazımi şeyləri ipə bağlanmış verdə vasitəsi ilə əldə edib.

Şiva bütün boş vaxtını oxumağa və sosial şəbəkələrdə dostları ilə ünsiyyətə ayırıb.

Kotanadikonda kəndində və ümumiyyətlə Telinqana ştatı üçün bu yeganə hal deyl; sakinlərin çoxu tarlalarda, daxmalarda və ağaclarda təcrid olunmağa məcburdur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri