18 
May
2021
10:36
17
148
3087
Virtual karabakh

Bill Qeytsin “Microsoft”u tərk etmə səbəbi işdə məhəbbət macərası olub

18 May, 2021
10:36
3087

Bill Qeytsin “Microsoft”u tərk etmə səbəbi işdə məhəbbət macərası olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il Bill Qeyts “Microsoft”un Direktorlar Şurasını işdə məhəbbət macərası ilə əlaqədar tərk edib.

Bu barədə WSJ məlumatlı mənbəyə istinadla xəbər verib.

Məlumata görə, 2019-cu ildə Direktorlar Şurası “Microsoft”da mühəndis xanımın məktubu ilə əlaqədar yoxlamalar aparmaq üçün hüquqi firmaya sifariş verib. Qadın iddia edirdi ki, bir neçə il Bill Qeytslə eşq yaşayıb.

Amma Bill Qeyts istintaqın nəticələrini gözləmədən şirkətdən çıxıb.

“Microsoft” qurucusunun Mətbuat Xidmətinin rəhbəri milyarderin gediş səbəbinin bu hadisə ilə əlaqədar olmadığını, eşq macərasının isə 20 il əvvəl yaşandığını iddia edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri