17 
May
2021
21:33
738
42
4907
Virtual karabakh

Ərdoğan: “Hörmətli Bayden, qanlı əllərinizlə bir tarix yazırsınız”

17 May, 2021
21:33
4907

Ərdoğan: “Hörmətli Bayden, qanlı əllərinizlə bir tarix yazırsınız”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ramazan ayı boyunca tətbiq etdiyimiz qismən və tam qapanma tədbirləri sayəsində pandemiyanı yenidən böyük ölçüdə nəzarət altına aldıq”.

“Anadolu” agentliyinin məlumatına əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra media qarşısındakı çıxışı zamanı bəyan edib.

Dövlət başçısı qeyd edib ki, iclasda normallaşma təqviminin ikinci mərhələsi müzakirə olunub.

“Normallaşma təqviminin ikinci mərhələsini müzakirə etdik. Qarşıdakı günlərdə vəziyyətə uyğun olaraq, bu sahədə tətbiq olunacaq əsas qərarları paylaşacağıq. Bundan sonra əvvəlki qədər miqyaslı məhdudlaşdırıcı tədbirlərə ehtiyac olmayacağına ümid edirik”, - deyə prezident bildirib.

R.T.Ərdoğan qeyd edib ki, ölkədə vaksinasiya prosesi də sürətləndirilir.

“Vaksinasiya prosesini sürətləndiririk. Müəllimlər başda olmaqla, bütün risk qruplarının vaksinasiyasını tez bir zamanda başa çatdırmağa çalışırıq”, - deyə dövlət başçısı əlavə edib.

Türkiyə prezidenti ölkə ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarına da toxunub. O, bu əməliyyatlar çərçivəsində PKK-nın Suriya üzrə rəhbəri Sofi Nurəddin adlı terrorçunun məhv edildiyini bildirib. 

Dövlət başçısı İsrail-Fələstin qarşıdurmasından da danışıb. O, ABŞ prezidenti Baydenin İsrailə silah satışını nəzərdə tutan qərarı imzalamasını pisləyib. 

“Hörmətli Bayden, qondarma soyqırımı məsələsində də ermənilərin tərəfində oldunuz. İndi də qanlı əllərinizlə bir tarix yazırsınız”, - deyə Ərdoğan qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri