18 
May
2021
14:48
159
34
4627
Virtual karabakh

Qırğızıstan prezidenti koronovirusa görə distant iş rejiminə keçdi

18 May, 2021
14:48
4627

Qırğızıstan prezidenti koronovirusa görə distant iş rejiminə keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstan prezidenti Sadır Japarov qarşıdan gələn beynəlxalq tədbirlər ilə əlaqədar distant iş rejiminə keçir.

24.kz-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, əvvəllər planlaşdırılmış beynəlxalq tədbirlər ilə əlaqədar olaraq və davam edən gərgin epidemioloji vəziyyəti nəzərə alaraq sanitariya tələblərinə riayət etmək üçün dövlət başçısı bu addımı atıb.

Prezidentin ölkədə baş verən bütün hadisələri daim nəzarətdə saxladığı vurğulanır.

Xatırladaq ki, Sadır Japarovun may ayının sonunda Rusiyaya səfəri gözlənilir. Bundan əvvəl Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi prezidentin Türkiyəyə də səfər edəcəyini bildirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri