29 
May
2021
11:44
411
11
2799
yuxarı
Ermənistanda kütləvi istefalar gözlənilir
29 May, 2021
11:44
2799
411
11
Ermənistanda kütləvi istefalar gözlənilir
Yaxın günlərdə Ermənistanda istefalar və işdən çıxarılmalar davam edəcək.
Bu barədə “Joxovurd” qəzeti yazıb.
Məqalə müəllifinin sözlərinə görə, yaxın günlərdə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Stepan Qalstyan istefa verəcək.
“Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan vəzifəsindən azad edildikdən sonra onu Qalstyan əvəz etdi. Müxtəlif vədlərlə motivasiya edilməyinə baxmayaraq, o da tezliklə gedəcək. Demək olar ki, bütün erməni rəsmiləri Nikol Paşinyanın sərhəd məsələləri və Azərbaycanla münasibətlərə dair davranışlarından və bəyanatlarından narazıdırlar”, - deyə nəşr qeyd edib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək