İyn
2021
09:42
14
348
6689
Virtual karabakh

Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik İraqda görüldü

3 İyn, 2021
09:42
6689

Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik İraqda görüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqın cənubundakı Di-Kar əyalətində, “qara kif” kimi tanınan mukormikozdan azı iki nəfər ölüb.

Bu barədə “Rudaw” yerli səhiyyə idarəsinin sözçüsü Ammar əz-Zamiliyə istinadən xəbər verib.

Ümumilikdə, Nasiriya şəhərində  “qara kif”ə dörd yoluxma hadisəsi və iki ölüm qeydə alınıb.

Xatırladaq ki, COVID-19 təsiri və yan təsirləri səbəbiylə yaranan mukormikoz ilk olaraq Hindistanda görünüb və ölkənin yeddi ştatında buna görə  “qara kif epidemiyası” elan edilib.

Həkimlər “qara kif”in koronavirusdan daha təhlükəli olduğu barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər.

Onu da qeyd edək ki, hindistanlı həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarmaq məcburiyyətində qalıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri