İyn
2021
10:48
267
12
1933
Virtual karabakh

Ermənistanda xaos davam edir: Daha bir gənc qəddar şəkildə qətlə yetirildi

7 İyn, 2021
10:48
1933

Ermənistanda xaos davam edir: Daha bir gənc qəddar şəkildə qətlə yetirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda xaos davam edir. Daha bir gənc insanların gözü qarşısında qəddar şəkildə öldürülüb.

Bu barədə erməni mediası xəbər yayıb.

Ermənistan İstintaq Komitəsi artıq qətlin üstünün açıldığı barədə məlumat yayıb.

Qeyd olunur ki, iyunun 5-də 1990-cı il təvəllüdlü Arevaşox sakini “Spitak Tibb Mərkəzi”nə yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası, omba əzələsində arteriya zədələnməsi, qanaxma, hemorajik anemiya şoku, əzab vəziyyəti və digər yaralanmalar diaqnozu qoyulub. O, elə həmin gün əməliyyat zamanı ölüb.

İlkin məlumatlara görə, ölən şəxs Spitak-Gümrü magistral yolundan Arevaşox kəndinə gedən yolun yaxınlığında bir qrup şəxslə mübahisə zamanı göstərilən bədən xəsarətlərini alıb.

İlkin istintaq nəticəsində hadisə ilə bağlı bir sıra vəziyyətlər, həmçinin elə həmin kənddə yaşadığı öyrənilən şübhəlinin kimliyi müəyyən olunub. O, həmkəndlisinin qətlində şübhəli bilinərək saxlanılıb.

Qeyd edək ki, Ermənistanda cinayətlərin sayı kəskin şəkildə artıb. Erməni deputat Naira Zoqrabyan bir müddət əvvəl bununla bağlı narahatlığını bildirərək ölkədə son günlər baş verən xaosun dəhşətini ötən əsrin 90-cı illərinin özbaşınalığı ilə eyniləşdirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri