10 
İyn
2021
13:42
170
27
2307
Virtual karabakh

Ermənistanda seçiciləri rüşvətlə ələ alırlar - VİDEO

10 İyn, 2021
13:42
2307

Ermənistanda seçiciləri rüşvətlə ələ alırlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Gavar bölgəsində partiya nümayəndələri onlara səs vermələri üçün seçicilərə ərzaq paylayıblar.

“Novosti Armeniya” bu barədə polis idarəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, 20 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edən partiyalardan birinin nümayəndələrinin seçiciləri razı salmaq üçün ərzaq formasında rüşvət paylaması barədə polisə məlumat daxil olub.

9 iyun tarixindən 8 seçiciyə rüşvət olaraq hər biri təxminən 7000 dram (təxminən 15 dollar) dəyərində ərzaq paketləri verilib.

Faktla bağlı cinayət işi başlanıb. Partiya ofisinin rəhbəri və katibi saxlanılıb. Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri