11 
İyn
2021
06:48
8
153
2358
Virtual karabakh

Dünyada işsizliyin əsas qurbanları kimlərdi?

11 İyn, 2021
06:48
2358

Dünyada işsizliyin əsas qurbanları kimlərdi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Əmək Təşkilatı (ILO) pandemiyanın hökm sürdüyü il yarım ərzində qazancından ən çox məhrum olanlar barədə araşdırma aparıb.

Məlum ki, işsizliyin ən böyük zərbəsi yaşı 25-dən aşağı olanlara dəyib.

Bu barədə BBC xəbər yayıb.

Son 18 ayda COVID-19-un iqtisadi nəticələrinin əsas qurbanları 15-24 yaş arasındakı gənclər hesab olunub.

Pandemiya dövründə gənclərin işsizliyi ilə bağlı ən böyük artım Argentina, Braziliya, Cənubi Afrika və Peru kimi yoxsul ölkələrdə baş verib.

Avropada da pandemiya gənc nəslin məşğulluğuna ağır zərbə vurub. İstisnalar işsizlikdə nisbətən sabitlik səviyyəsini qoruyan Fransa və İngiltərədə müşahidə olunub.

Orta gəlirli ölkələrdə işsizlik kişilərdə 23,7 faiz, qadınlarda 29 faiz hesablanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri