10 
İyn
2021
20:39
199
19
2824
Virtual karabakh

Andrey Kortunov: “Dünya birliyi üçün Qarabağın hüquqi statusu dəyişməyib”

10 İyn, 2021
20:39
2824

Andrey Kortunov: “Dünya birliyi üçün Qarabağın hüquqi statusu dəyişməyib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Beynəlxalq İşlər Şurasının (RIAC) baş direktoru Andrey Kortunov Caliber.Az-a verdiyi müsahibəsində Nikol Paşinyan və Robert Köçəryanın Qarabağla bağlı seçkiqabağı açıqlamalarına münasibət bildirib.

“Bilirik ki, Ermənistanda Qarabağ məsələsi qapanmış deyil, bir müddət təxirə salınmış məsələ kimi görən qüvvələr var. Ancaq ortada yalnız Rusiya və Azərbaycanın mövqeləri deyil, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyən müvafiq qərarları da var.

Beləliklə, bu vəziyyətdə beynəlxalq ictimaiyyətin məsələyə münasibətinin ən yaxşı göstəricisi, heç bir ölkənin 30 illik münaqişə ərzində Qarabağı beynəlxalq hüququn subyekti kimi tanımamasıdır. Bu ərazinin dünya birliyi üçün hüquqi statusu dəyişməyib. Buna görə yanaşmaların yenidən nəzərdən keçirilməsinə səbəb olacaq qeyri-adi nəyinsə baş verə biləcəyini təsəvvür etmək çox çətindir.

Nikol Paşinyanın səsləndirdiyi “qurtuluş naminə ayrılma” şüarı isə yalnız Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində ora qayıdan azərbaycanlı əhali və erməni icmasının ərazidə qalmağa qərar verən hissəsinin sərbəst inkişafı üçün şərait yaratmağın vacibliyini vurğulayır. Burada söhbət iki icmanın sosial-iqtisadi inkişafı və birlikdə yaşaması üçün şəraitin yaradılmasından gedir. Qarabağdakı erməni əhalisinin öz müqəddəratını təyin etmədən yaşaya bilməyəcəyi nöqteyi-nəzərini isə təkzib etmək lazımdır”, - deyə Kortunov bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri