11 
İyn
2021
01:41
34
94
1728
Virtual karabakh

ABŞ və Britaniya arasında yeni Atlantika Xartiyası imzalanıb

11 İyn, 2021
01:41
1728

ABŞ və Britaniya arasında yeni Atlantika Xartiyası imzalanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Baş naziri Boris Conson və ABŞ prezidenti Co Bayden 60 illik aradan sonra yeni Atlantika Xartiyasını imzalayıblar.

TASS xəbər verir ki, imzalanma mərasimi İngiltərənin Kornuol qraflığındakı Kabris-Bey şəhərində baş tutub.

Sənəddə “daha dinc və çiçəklənən gələcəyin qurulması” barədə tərəflərin başlıca yanaşmaları öz əksini tapıb. Səkkiz bənddən ibarət sənəd Britaniya hökumət dəftərxanası tərəfindən dərc olunub.

Xartiyada qeyd edilib ki, onun hazırlanmasında 1941-ci ildə Britaniyanın Baş naziri Uinston Çörçil və ABŞ prezidenti Teodor Ruzvelt tərəfindən imzalanmış analoji razılaşmaya əsaslanılıb.

Xatırladaq ki, o zamanki Atlantika Xartiyası ilə İkinci Dünya müharibəsindən sonrakı dünya düzəninin əsasları qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri