12 
İyn
2021
04:25
298
22
2439
Virtual karabakh

Tramp Baydendən Putinlə görüş zamanı yatmamasını istəyib

12 İyn, 2021
04:25
2439

Tramp Baydendən Putinlə görüş zamanı yatmamasını istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ağ Evin hazırkı başçısı Co Baydenə məktub göndərib.

Bu barədə “The Madison Leader Gazette” xəbər yayıb.

O, Baydenə Rusiya lideri Vladimir Putinlə görüşdə uğurlar arzulayaraq, 2018-ci ilin iyul ayında özünün keçirdiyi Helsinki sammitinin “Amerikaya zəfər gətirdiyini” xatırladıb.

“Baydenə Prezident Putinlə ünsiyyətdə uğurlar - görüş zamanı yuxuya getməyin və xahiş edirəm ən xoş diləklərimi ona çatdırın”, - deyə o bildirib.

Qeyd edək ki, Tramp Baydenin yuxulu və yorğun göründüyü videolara görə prezident marafonları zamanı onu mütəmadi olaraq “Yuxulu Co” adlandırıb.

Baydenlə Putinin görüşünün iyunun 16-da Cenevrədə keçirilməsi planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri