11 
İyn
2021
13:30
219
20
5024
Virtual karabakh

Rüsvayçı oğurluq: Paşinyanın partiyası “Türkiyə istehsalı” imiş? - FOTO

11 İyn, 2021
13:30
5024

Rüsvayçı oğurluq: Paşinyanın partiyası “Türkiyə istehsalı” imiş? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan kimi terror və başqa xalqların maddi-mənəvi dəyərlərini mənimsəməyi öz siyasi xəttinə çevirmiş bir qonşusu olanın hər zaman çomağı əlində olmalıdır. Tarix onu göstərir ki, ermənilər üçün heç bir sərhəd yoxdur, onlar mümkün olan hər şeyə göz dikmə, oğurlamaq potensialına sahibdir.

Maraqlısı isə odur ki, artıq “oğurluq karyeraları”nın zirvəsində olan ermənilər elə bir həddə çatıblar ki, özləri özlərini ifşa etməyə başlayıblar.

Sonuncu belə özünüifşa sosial şəbəkənin Ermənistan seqmentində üzə çıxıb.

Erməni istifadəçilərin qəzəblə qarşıladığı “oğurluq” son dövrdə “Erməni yalanları teatrı” səhnəsinin ulduzu Nikol Paşinyana aid olub.

Belə ki, ölkənin hakim siyasi partiyasının loqosunun oğurluq olduğu üzə çıxıb. Oğurluğun ünvanı isə heç də təəccüb doğurmur – qardaş Türkiyə.

Bəli, məhz Türkiyədə “yerli istehsal” markasının loqosu hazırda Ermənistanın hakim siyasi partiyası – “Vətəndaş sazişi”nin loqosu kimi istifadə olunur. Bu dəfə də ermənilər özlərinin əqli imkanları imkan vermədiyi üçün heç nə tapa bilməyib, başqalarının, qonşularının malına göz dikiblər. Nikol Paşinyan öz əcdadlarının ənənələrinə sadiq qalaraq zəhmət çəkməyib, elə hazır olanı oğurlamaqla işini görüb.

Bu hal ifşa olunduqdan sonra isə ermənilər sosial şəbəkə hesablarında qəzəb püskürürlər. Bir zamanlar bəh-bəhlə iqtidara gətirdikləri, pafoslu “demokratiya” çıxışları ilə tərif etdikləri, öyündükləri partiyanın oğurluğu, görünür, ermənilərə çox toxunub.

Əslində isə bir loqonu mənimsəmək Ermənistan kimi “şanlı oğurluq keçmişi” olan ölkə üçün çox da rezonans doğurmamalı idi. Ermənilər yəqin ki, fəxr etdikləri “demokratiya”larının iflasından utandıqları üçün bu fonda özlərinə təsəlli verməyə çalışırlar.

Hər kəsə bəllidir ki, ermənilər heç vaxt etdikləri oğurluqdan narahat olan xalq olmayıb. Azərbaycanın və bir çox başqa xalqların mədəniyyətinə, mətbəxinə, musiqisinə, ərazisinə və tarixinə göz dikən zaman Ermənistanda oğurluq bir növ konstitusion hüquq kimi qəbul olunur. Ancaq sərf etməyəndə özləri özlərini ifşa edirlər.

Tarix isə bu riyakarlığı unutmur və cəzasını indi olduğu kimi öz əlləri ilə onlara verir.

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri