11 
İyn
2021
14:18
346
38
2390
Virtual karabakh

Hulusi Akar: “Türkiyə terrorla mübarizədə tək qaldı”

11 İyn, 2021
14:18
2390

Hulusi Akar: “Türkiyə terrorla mübarizədə tək qaldı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar terrorla mübarizədə NATO müttəfiqlərinin onlara dəstək olmadığını deyib.

Bu barədə o Dəniz Təhlükəsizliyi Mükəmməliyyət Komandanlığının açılış mərasimində çıxışı zamanı bildirib.

“NATO müttəfiqlərimiz dünyanın bir çox bölgəsində terror təşkilatlarına qarşı qərarlılıqla mübarizə aparsalar da, təəssüf ki, PKK/YPG terror təşkilatına qarşı eyni qərarlı mövqe göstərməyiblər”, - deyə Akar qeyd edib.

Türkiyəli nazir ölkəsinin NATO-da ən çox yükü çiyinlərinə alan üzv olduğunu vurğulayıb:

“Türkiyə müttəfiqlərinə milli təhlükəsizlik və regional sabitliyi təhdid edən PKK/YPG və İŞİD terror təşkilatının Suriyanın şimalındakı hərəkətlərinə qarşı birlikdə mübarizə aparmaq üçün çoxsaylı çağırışlar etdi. NATO müttəfiqlərimizə Suriyada təhlükəsiz bir zona yaratmağı dəfələrlə təklif etdik və birlikdə bəzi planlar barədə razılığa gəldik. Ancaq bu razılaşmalar yerinə yetirilmədi və Türkiyə terrorla mübarizədə tək qaldı”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri