12 
İyn
2021
10:35
17
768
6957
Virtual karabakh

Moskvada Rusiya Günündə terrorçu Melkonyan anılır - FOTO/VİDEO

12 İyn, 2021
10:35
6957

Moskvada Rusiya Günündə terrorçu Melkonyan anılır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 12-də Rusiya Günündə  Moskvada Ermənistanın “milli qəhrəmanı” sayılan, əslində beynəlxalq terrorçu  Monte Melkonyanın xatirə gecəsi keçiriləcək.

Melkonyan 1980-ci illərin əvvəllərində Livanda ASALA terror təşkilatının yaradılmasında fəal iştirak edib, bu təşkilatın əsas ideoloqlarından biri olub. Hədəfə çatmaq üçün o, mübarizəni siyasi yollarla deyil, terrorun köməyi ilə, insanların qanını tökməklə, öldürməklə aparırdı.

Qeyd edək ki, Melkonyan “Ermənistanın qurtuluşu” adı ilə Avropada yaşayan türkləri hədəfə alıb. Onun təşəbbüsüylə, Avropadakı türk diplomatlarına, Türkiyə səfirliklərinə, türkiyəli jurnalistlərə və mülki şəxslərə qarşı sui-qəsdlər təşkil edilib. Nəhayət Türkiyə dövlətinin israrlı tələbindən sonra rəsmən beynəlxalq axtarışa verilən M.Melkonyan həbs olunmuş, ASALA-nın fəaliyyətinə isə son qoyulmuşdu.

Yeri gəlmişkən qeyd edək ki, Melkonyan sovetə qarşı da müharibə elan etmişdi. O, 1977-ci ilin yanvar ayında Moskvada bir sıra terror aktları həyata keçirib.

1990-cı ildə terrorçu müəmmalı şəkildə Fransada həbsdən azad olunur, birbaşa Ermənistana, sonra isə Dağlıq Qarabağa göndərilir. Tezliklə o, Xocavənd istiqamətində vuruşan erməni hərbi birləşmələrinin komandanı təyin olunur. Dinc əhaliyə qarşı amansız qətliamlar keçirən M.Melkonyan 1993-cü il iyun ayının 12-də Xocavənd rayonunun Muğanlı kəndində Azərbaycan ordusunun 22 yaşlı kəşfiyyatçısı İbad Hüseynov tərəfindən öldürülür.

Azərbaycanın Xocalı, Kəlbəcər, Ağdam rayonlarının işğalında, bu rayonların azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə əməliyyatında rəhbər və icraçı kimi birbaşa iştirak edən bir şəxsin bu gün Qarabağda sülhməramlı missiyasını həyata keçirən Rusiyanın paytaxtında anım mərasimi keçirilməsi bir sıra suallar doğurur...

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri