14 
İyn
2021
08:50
19
119
3499
Virtual karabakh

“Amazon” rəhbəri ilə birgə kosmik uçuş üçün bilet rekord qiymətə satılıb

“Amazon”un təsisçisi və dünyanın ən varlı şəsxlərindən biri olan Ceff Bezos tərəfindən yaradılmış “Blue Origin” şirkəti kosmik uçuş biletini hərraca çıxarıb.

Bu barədə şirkətin “Twitter” səhifəsindən məlumat verilib.

Bezosla birlikdə “New Shepard” gəmisi ilə kosmosa uçmaq imkanı verən bilet 28 milyon dollara alıcı tapıb. Onun adı hələ ki, açıqlanmır.   

Əldə olunan vəsaitin “Blue Origin”nin “Gələcək Klubu” (Club for the Future) fonduna köçürüləcəyi bildirilib. Qeyd edək ki, bu fond gənclərin texniki və aerokosmik sahələrdə karyera qurmasına köməklik edir.

Uçuşa gəlincə, onun iyulun 20-də baş tutacağı gözlənilir. Uçuşda Bezos, onun qardaşı Mark və bileti əldə etmiş şəxs iştirak edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri