14 
İyn
2021
07:40
272
16
3327
Virtual karabakh

İstanbul kanalı üzərində salınacaq ilk körpünün detalları açıqlanıb – FOTO

Qara dənizlə Mərmərə dənizlərini birləşdirəcək İstanbul kanalı üzərində salınacaq ilk körpünün detalları məlum olub.

“Anadolu” agentliyindən verilən məlumata görə, iyunun son həftəsində körpünün təməlqoyma mərasimi baş tutacaq. Mərasimə Türkiyənin nəqliyyat və infranstrutur naziri Adil Karaismailoğlu da qatılacaq.

İki əsasə dirəkli yeni asma körpü 1618 metr uzunluğa, 196 metr hündürlüyə və 46 metr enə malik olacaq. Körpü üzərində səkkiz sıralı avtomobil yolu, həmçinin iki sıralı dəmiryolu salınacaq. Yeni nəliyyat dəhlizi İstanbulun Başakşehir, Bahçeşehir və Nakkaş məhəllələrini birləşdirəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri