15 
İyn
2021
02:54
53
124
1842
Virtual karabakh

Çində partlayış nəticəsində ölənlərin sayı iki dəfə artdı - VİDEO

15 İyn, 2021
02:54
1842

Çində partlayış nəticəsində ölənlərin sayı iki dəfə artdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Hubey əyalətində Şiyan şəhərində bazarda baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb. Bu barədə TASS Çin Mərkəzi Televiziyasına istinadla məlumat verib.

Bundan əvvəl, faciə nəticəsində 12 nəfərin öldüyü və 138 nəfərin yaralandığı bildirilmişdi.

Hələ də hadisə yerində polis və xilasedicilər işlərini davam etdirirlər.

Partlayış bazar günü Çjanvan bölgəsində baş verib. Dalğa zərbəsi bazarın binasını tamamilə dağıdıb, yaxınlıqdakı evlərin pəncərələrini yerindən çıxardıb.

İstintaq materiallarına görə hadisənin səbəbi qaz sızmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri