14 
İyn
2021
21:44
594
29
6805
Virtual karabakh

Türkiyə və ABŞ prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB + FOTO

14 İyn, 2021
21:44
6805

Türkiyə və ABŞ prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO sammitinin başa çatmasından sonra Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş keçirilib. Mətbuata qapalı keçirilən təkbətək görüş başa çatdıqdan sonra tərəflər arasında geniş heyətli formatda müzakirələr davam etdirilib.

“Haber Global”ın məlumatına görə, bir saat yarımadək sürən görüşdə ikitərəfli münasibətlərlə yanaşı, bir sıra regional problemlər də nəzərdən keçirilib.

Görüşün başlıca mövzusu Türkiyənin Rusiyadan əldə etdiyi S-400 raket kompleksləri və bu razılaşmadan sonra yeni nəsil F-35 qırıcılarının tədarükü proqramından çıxarılması olub.

ABŞ prezidenti Co Bayden görüşün ilkin dəyərləndirməsini verərək, onu “çox yaxşı toplantı” adlandırıb.

21:43

NATO sammitinin başa çatmasından sonra Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başlayıb.

“Haber Global”ın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, bir sıra regional problemlər də nəzərdən keçirilir.

Məlumata görə, görüş başa çatdıqdan sonra Türkiyə prezidentinin mətbuat konfransı təşkil ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri