16 
İyn
2021
18:04
343
20
5772
Virtual karabakh

Ermənidən öz xalqına şərəfsizlik: Hərbçilərin yaxınlarından intim görüntülər istədi

16 İyn, 2021
18:04
5772

Ermənidən öz xalqına şərəfsizlik: Hərbçilərin yaxınlarından intim görüntülər istədi

Ermənistanda özünü azərbaycanlı kimi qələmə verərək itkin düşən hərbçilərin yaxınlarından intim foto və video tələb edən şəxs saxlanılıb.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı Gorus sakini müharibədən sonra “Arman Armeni Xachatryan” adlı “Facebook” hesabını “Əziz Muradov”la əvəz edib. Paylaşım və fotolarla itkin düşən hərbçilərin qohumlarını tapıb və onlara yazıb. Belələrindən biri də 14 yaşlı qız olub.

O, özünü azərbaycanlı kimi təqdim edərək itkin düşənlərin əsirlikdə saxlanıldığını və onlarla birbaşa əlaqəsi olduğunu söyləyib. Bundan sonra hərbçilərin yaxınlarından intim foto və ya video tələb edib, əks halda əsirlərə qarşı zorakılıq tətbiq etmək və ya onları öldürməklə hədə-qorxu gəlib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri