18 
İyn
2021
02:27
13
123
3167
Virtual karabakh

Altsheymerə qarşı dərman sınaqdan keçirildi: Üç alim istefa verdi

18 İyn, 2021
02:27
3167

Altsheymerə qarşı dərman sınaqdan keçirildi: Üç alim istefa verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) tərəfindən Altsheymerin müalicəsi üçün hazırlanan “Aduhelm” dərmanı klinik ilk dəfə tətbiq edilib.

“New York Post” qəzeti xəbər verir ki, 70 yaşlı kişi dərmanın klinik sınaqları xaricində test edilən ilk insan olub.

Bildirilir ki, dərman hər ay venadaxili qəbul edəcək.

Təxminən 60 min dollara başa gəlməsi gözlənilən bu müalicə 18 ildən sonra təsdiqlənən Altsheymerin ilk dərmanı olaraq diqqət çəkir.

FDA bütün Altsheymer xəstələri üçün istifadəsini təsdiqləsə də, tibbi olaraq “Aducanumab” adlandırılan dərman xəstələrində yalnız erkən mərhələdə sınaqdan keçirilib.

7 iyunda təsdiqləndiyini elan etməsi ilə başlayan mübahisədən sonra üç alim istefa edib.

Dərmanı mübahisələrin mərkəzinə çevirən digər bir cəhət də onun yüksək qiymətidir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinə görə, ölkədə 2019-cu ildə Altsheymerdən 120 mindən çox ölüm qeydə alınıb.

Mütəxəssislər bu rəqəmin on il əvvəllə müqayisədə 50-dən çox artdığını bildirirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri