19 
İyn
2021
05:00
10
221
2234
Virtual karabakh

ABŞ polisi avtomobillə onu köməyə çağıran yaralının üstündən keçdi - FOTO

19 İyn, 2021
05:00
2234

ABŞ polisi avtomobillə onu köməyə çağıran yaralının üstündən keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da güllə yarası alan vətəndaş polis çağırıb.

“New York Post” xəbər verir ki, çağırışla gələn patrul onun yol kənarında yatdığını görməyib və üstündən keçib.

Nəticədə həmin şəxs ölüb.

Belə ki, Ohayo ştatının 42 yaşlı sakini Erik Koul qolundan yaralandıqdan sonra təcili yardım xidmətinə zəng edib. Bu zaman onun dediyi ünvan qarışıq salınıb və bu səhv faciəvi qəzada rol oynayıb.

Polis maşınının onun üstündən keçməsi nəticəsində ağır yaralanan kişi ertəsi gün səhər xəstəxanada həyatını itirib.

Polis maşını sürən zabit Amanda Rosales işdən kənarlaşdırılıb, araşdırma aparılır.

Yerli polis məmurları hadisənin təsadüf nəticəsində baş verdiyini vurğulayırlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri