18 
İyn
2021
17:32
790
24
6466
Virtual karabakh

İbtidai sinif şagirdindən Makrona gözlənilməz sual: “Şillə necə idi?”

18 İyn, 2021
17:32
6466

İbtidai sinif şagirdindən Makrona gözlənilməz sual: “Şillə necə idi?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Prezidenti Emmanuel Makron Somme bölgəsinin Poix qəsəbəsində ibtidai məktəbi ziyarət edib.

“Haber Global” məlumat verir ki, uşaqlarla söhbəti zamanı onlardan biri Makronu çağıraraq, “Sizə vurulan şillə necə idi?”, - deyə soruşub.

“Xoş bir şey deyildi. Yaxşı bir şey deyildi. Bunu məktəb həyətində belə heç vaxt bir-birinizə etməməlisiniz. Kimisə vurmaq heç vaxt olmaz. Onun etdiyi hərəkət səhv idi”, - deyə Fransa lideri məktəblinin sualına gülümsəyərək cavab verib.

Xatırladaq ki, Drom regionuna səfəri zamanı kütlə arasında olan Dmyen Tarel adlı şəxs Makrona etiraz edərək şillə vurub.

Valans məhkəməsi həmin şəxsin dörd ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri