19 
İyn
2021
11:39
117
366
5722
Virtual karabakh

Həsən Ruhani prezident seçkilərinin lideri Rəisini təbrik etdi - YENİLƏNİB

19 İyn, 2021
11:39
5722

Həsən Ruhani prezident seçkilərinin lideri Rəisini təbrik etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Secki Qərargahı ölkədə prezident seçkilərində Seyyid İbrahim Rəisinin lider olduğunu açıqlayıb.

İRNA agentliyi xəbər verir ki, ilkin hesablamalara görə, İbrahim Rəisi 28 milyon 600 min səsdən 17 milyon 600 minini qazanıb.

Həsən Ruhani onu bu münasibətlə təbrik edib.

Qeyd edək ki, Muhsin Rezai 3,3 milyondan çox, Abdulnəzir Himmeti 2,4 milyondan çox, Hüseyn Kadızadə Haşimi isə 1 milyona yaxın səs yığıb.

10:30

İranda prezidentliyə namizədlər Muhsin Rezai və Abdulnəzir Himməti İbrahim Rəisini seçkilərdə qalib gəldiyi üçün “Instagram” hesablarından təbrik ediblər.

“Mehr” agentliyi xəbər verir ki, onlar Rəisiyə vəzifəsinin icrasında uğurlar arzulayıb.

Qeyd edək ki, seçkilərin nəticələri ilə bağlı rəsmi açıqlama verilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri