21 
İyn
2021
01:54
1041
45
11959
Virtual karabakh

Ermənistanda səslərin 25 %-i sayılıb: Paşinyan böyük fərqlə üstündür - YENİLƏNİB

21 İyn, 2021
01:54
11959

Ermənistanda səslərin 25 %-i sayılıb: Paşinyan böyük fərqlə üstündür - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda səslərin 25%-i artıq sayılıb.

“Sputnik” Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, 501 seçki məntəqəsində səslərin sayımı artıq başa çatıb.

Hazırda Paşinyanın “Vətəndaş sazişi” 59%, Koçaryanın “Ermənistan” bloku isə 18% səs toplayıb.

01:17

Ermənistanda keçirilən parlament seçkilərində yeni nəticələr açıqlanıb.

“Sputnik” xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, mövcud 2008 seçki məntəqəsindən 360-da səslərin sayımı artıq başa çatıb.

Nəticələrə əsasən, Paşinyanın “Vətəndaş sazişi” 62.4%, Koçaryanın “Ermənistan” bloku isə 17.2% səs toplayıb.

00:39

Ermənistanda keçirilən parlament seçkilərində ilkin nəticələr yenilənib.

Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, hazırda 2008 seçki məntəqəsindən 268-də səslərin sayımı artıq başa çatıb.

Nəticələrə əsasən, Paşinyanın “Vətəndaş sazişi” 61.7%, Koçaryanın “Ermənistan” bloku isə 17.66% səs toplayıb.

23:27

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi davam edir.

TASS xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası səsvermənin ilkin nəticələrini açıqlayıb.

Məlumata əsasən, hazırda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 58.04% səslə irəlidədir.

Onun başlıca rəqibi Robert Koçaryanın “Ermənistan” bloku isə yalnız səslərin 22.01%-ni qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri