21 
İyn
2021
08:36
1103
39
12731
Virtual karabakh

Paşinyan parlament seçkilərində qalib gəldi

21 İyn, 2021
08:36
12731

Paşinyan parlament seçkilərində qalib gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. 

“Sputnik” xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 %-ni toplamaqla qalib gəlib.

Ermənistanın esk-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21 % səs toplayıb.

“Çiçəklənən Ermənistan” 3.9, digər siyasi qüvvələr isə səslərin 15.7 faizini toplayıb.

Qeyd edək ki, Nikol Paşinyan Sünik və İrəvan da daxil olmaqla Ermənistanın bütün bölgələrində qalib gəlib. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri