21 
İyn
2021
23:47
271
13
3799
Virtual karabakh

Daha bir ölkədə karantin qadağaları yumşaldılır

21 İyn, 2021
23:47
3799

Daha bir ölkədə karantin qadağaları yumşaldılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koreya Respublikası hökuməti koronavirusa qarşı aktiv peyvəndləmə ilə əlaqədar olaraq yaxın gələcəkdə mövcud sosial məsafə qaydalarını yumşaltmaq niyyətindədir.

Bu barədə KBS telekanalı məlumat yayıb.

Hökumətə görə, 1 iyuldan etibarən paytaxtda xüsusi görüşlərdə iştirakçıların sayı altı, 15 iyuldan səkkizədək artırılacaq. Ölkənin digər bölgələrində iyul ayının əvvəlindən bu cür görüşlərdə iştirak edənlərin sayındakı məhdudiyyətlər tamamilə ləğv ediləcək. Payızda isə şagirdlərin çoxu əyani siniflərə qayıda biləcək.

Yeni qaydalara uyğun olaraq paytaxt bölgəsində əvvəllər bağlanmış gecə klubları, barlar və digər əyləncə məkanları işləri bərpa edə biləcəklər. İaşə müəssisələri və idman salonları gecə yarısına qədər, indikindən iki saat daha çox açıq olacaq. Ölkənin digər bölgələrində sosial məsafənin birinci səviyyəsi tətbiq ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri