21 
İyn
2021
15:32
225
12
1926
Virtual karabakh

Türkiyənin Konstitusiya Məhkəməsi HDP-nin bağlanması ilə bağlı iddianaməni qəbul edib

21 İyn, 2021
15:32
1926

Türkiyənin Konstitusiya Məhkəməsi HDP-nin bağlanması ilə bağlı iddianaməni qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Konstitusiya Məhkəməsi Xalqların Demokratik Partiyasının (HDP) bağlanmasını tələb edən iddianaməni qəbul edib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Bildirilir ki, 843 səhifəlik iddianamədə 451 nəfər haqqında siyasi qadağa istənilir. İddianamədə 69 nəfərin terror təşkilatının lehinə danışmaları əks olunub.

Bundan başqa iddianamədə HDP-nin bank hesabına qadağa qoyulması tələb edilib. Lakin bu tələb rədd edilib.

HDP ilə bağlı qərar Konstitusiya Məhkəməsinin 15 nəfərdən ibarət olan komitəsi tərəfindən üzvlərin 2/3 səs çoxluğu ilə qəbul edilə bilər.

Xatırladaq ki, mart ayında HDP-nin fəaliyyətinin dayandırılması üçün Türkiyə Konstitusiya Məhkəməsinə müraciət olunub. İttiham aktı Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin tərəfindən hazırlanıb. İttiham aktında HDP üzvlərinin bəyanatları ilə ölkəni parçalamaq məqsədi güddükləri qeyd olunub.

Konstitusiya Məhkəməsi siyasi qadağa tələb olunan partiya üzvlərinin ifadələri və hərəkətləri ilə partiyanın bağlanmasına səbəb olduğunu müəyyən edərsə, bu şəxslər beş il ərzində başqa bir partiyanın təsisçisi, üzvü, idarəçisi və nəzarətçisi ola bilməyəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri