22 
İyn
2021
07:19
13
240
4924
Virtual karabakh

Evdən bomba əvəzinə ana və oğlunun meyiti tapıldı - FOTO

22 İyn, 2021
07:19
4924

Evdən bomba əvəzinə ana və oğlunun meyiti tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində yaşayış binasındakı mənzillərindən birindən gələn pis qoxu sakinləri narahat edib.

DHA xəbər verir ki, çağırış üzrə gələn polis mənzilin qapısını qıraraq evə daxil olub.

Otaqların qapısında “bomba var, yaxınlaşmayın” yazısına görə bütün bina sakinləri təxliyə edilib.

Hər iki otağa daxil olan polislər iki meyit tapıblar.

Məlum olub ki, onlar ana və oğul - 60 yaşlı Münəvvər Ertem və 40 yaşlı Ertan Ertem olublar.

Araşdırma aparan hüquq-mühafizə işçiləri partlayıcı maddənin olmadığını müəyyənləşdirib.

Faktla bağlı araşdırma başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri