22 
İyn
2021
07:44
36
136
1931
Virtual karabakh

Yunanıstanda təyyarə kənd sakininin həyətinə düşdü - VİDEO

22 İyn, 2021
07:44
1931

Yunanıstanda təyyarə kənd sakininin həyətinə düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanda bir mühərrikli təyyarə yaşayış evinin həyətinə düşüb.

“Skai” telekanalı məlumat verir ki, hadisə Peloponnes yarımadasının şimal-qərbindəki Pirqos şəhərindən (Elis bölgəsi) təxminən 16 km aralıda baş verib.

Qəza nəticəsində iki nəfər - pilot və sərnişin ölüb.

Təyyarə Haria kəndində evlərdən birinin həyətinə düşüb. Sakinlərdən heç biri zərər görməyib. Təyyarə qəzasından sonra kəndlilər yardım göstərmək üçün hadisə yerinə gəliblər və eyni zamanda xilasetmə briqadasına və polisə xəbər veriblər. Tezliklə altı maşında gələn 14 yanğısöndürən yanan təyyarənin qalıqları arasında iki nəfərin meyitini tapıb.

Qəzanın səbəbi hələlik məlum deyil. Faktla bağlı istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri