22 
İyn
2021
05:14
28
273
5214
Virtual karabakh

Türkiyədə dəhşətli cinayət: Keçmiş həyat yoldaşını küçənin ortasında güllələdi - VİDEO

22 İyn, 2021
05:14
5214

Türkiyədə dəhşətli cinayət: Keçmiş həyat yoldaşını küçənin ortasında güllələdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində rəfiqəsi ilə gəzintiyə çıxan qadın keçmiş əri tərəfindən silahlı hücuma məruz qalıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik  kameraları tərəfindən qeydə alınıb.

Kişi silahı keçmiş həyat yoldaşının ayaqlarına tuşlayaraq ona bir neçə dəfə atəş açıb.

Hadisəyə müdaxilə edən qadının rəfiqəsi silahlı şəxsi itələyərək yerə yıxıb və nəticədə kişi qaçaraq ərazidən uzaqlaşıb.

Yaralı qadın xəstəxanaya yerləşdirilib. Hücumu həyata keçirən şəxs qısa müddət sonra saxlanılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri