23 
İyn
2021
06:57
12
293
2162
Virtual karabakh

Miqrant uşaqlar ABŞ sığınacaqlarında xarab yeməklərdən və depressiyadan şikayətləniblər - FOTO

23 İyn, 2021
06:57
2162

Miqrant uşaqlar ABŞ sığınacaqlarında xarab yeməklərdən və depressiyadan şikayətləniblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da təcili sığınacaqlara göndərilən miqrant uşaqlar saxlanılma şəraitindən şikayətlənərək məhkəməyə müraciət ediblər. Problemlər əsasən xarab yeməklər, təmiz paltar çatışmazlığı və depressiyaya qarşı mübarizə ilə bağlıdır.

Bu barədə “Reuters” xəbər yayıb.

İddialarda ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən miqrant uşaq sayının kəskin artması ilə mübarizə aparmaq üçün tikilən təcili sığınacaq şəbəkəsində şərtlər ətraflı izah olunub

Qvatemala, Honduras və El-Salvadordan olan 9-17 yaş arası uşaqlar ABŞ hökuməti tərəfindən nəzarət edilən təcili sığınacaqlarda aylardır gözləmək məcburiyyətində qaldıqlarını iddia ediblər.

Eyni zamanda, yaşayış şərtlərindən, xüsusən yatmağa mane olan parlaq işıq, səs-küy, yerli yeməklər, onların qoxusu və ailə üzvləri ilə əlaqə yaratmaq imkanının olmamasından  narazılıqlarını bildiriblər.

Son illərdə uşaqlar sərhəd keşik məntəqələrinlən təcili sığınacaqlara daha sürətli köçürürlər. Hazırda valideyninin müşayiəti olmayan 14 000-dən çox uşaq ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin nəzarətindədir.

Qeyd edək ki, ABŞ qaçqın qəbulu limitini artırıb. Cari maliyyə ilində ölkə 62,5 min miqrant qəbul edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri