22 
İyn
2021
13:48
21
252
4119
Virtual karabakh

Koronavirus infeksiyası “cavanlaşır”

22 İyn, 2021
13:48
4119

Koronavirus infeksiyası “cavanlaşır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirus infeksiyası “cavanlaşır”.

TASS-ın məlumatına görə, bu barədə Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin laboratoriya müdiri Vladimir Quşin xəbər verib.

Onun sözlərinə görə, xəstəliyin gənclərdə getdikcə daha ağır halları qeydə alınır.

“Gördüyümüz kimi, zaman keçdikcə yeni ştammlarda xüsusiyyətlər yaxşılığa doğru dəyişmir. Əksinə, insandan insana ötürülmə qabiliyyətinin artdığını, insanların daha ağır xəstələndiyini, xəstəliyin “cavanlaşdığını”, gənclər arasında daha ağır halların olduğunu görürük”, - deyə o, vurğulayıb.

Quşinin dediyinə görə, hazırda COVID-19 infeksiyasına təkrar yoluxma halları var. Bu səbəbdən vaksinasiya pandemiya ilə mübarizənin yeganə təsirli yoludur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri