29 
İyn
2021
16:10
179
16
1379
Virtual karabakh

Piyada İrəvanın mərkəzində iki avtomobilin təkərləri altına düşdü

29 İyn, 2021
16:10
1379

Piyada İrəvanın mərkəzində iki avtomobilin təkərləri altına düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gecə İrəvanın mərkəzində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Xəbəri shamshyan.com portalı dərc edib.

Belə ki, gecə saat 01:45 radələrində “Nissan” markalı avtomobil şəxsiyyəti hələ müəyyənləşdirilməyən 50-55 yaşlı kişiyə çırpılıb.

Daha sonra piyadanın üstündən “Opel” markalı avtomobil keçib.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada huşu özünə qayıtmadan ölüb.

Hadisənin xronikasının dərc edildiyi saytdan məlum olur ki, piyada yolu təyin edilməmiş yerdən keçib və aydındır ki, belə insidentlər zamanı günah piyadanın üzərindədir.

Mənbə xüsusi olaraq qeyd edir ki, bütün sübutların olmasına baxmayaraq Ermənistanda yol polisi bu cür qanun pozuntularına reaksiya göstərmir və heç bir piyadaya cərimə yazmır.

Əvəzində isə günah sürücünün üzərinə atılır və qanunu pozmayan şəxs dəmir barmaqlıqlar arasına düşür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri