İyl
2021
08:32
16
293
2930
Virtual karabakh

İsti hava koronavirusu ağırlaşdırır

9 İyl, 2021
08:32
2930

İsti hava koronavirusu ağırlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsti hava koronavirus və digər xəstəliklərin gedişatını ağırlaşdırır.

“RİA Novosti” xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin mütəxəssisi Andrey Tyajelnikov bildirib.

Onun sözlərinə görə, istidə xəstələnmək daha təhlükəlidir, çünki hipotermiya və immunitetin azalması riski var. Bu səbəbdən də orqanizm virus və bakteriyalara qarşı daha həssas olur.

“Bu səbəbdən vaksinasiya ən qısa müddətdə, gecikmədən, xüsusən də risk qrupuna daxil olan insanlar - xroniki xəstəlikləri olanlar, yaşlılar və immuniteti zəif olan insanlar üçün edilməlidir”, - deyə Tyajelnikov qeyd edib.

Həkim vurğulayıb ki, xəstə insanların otaqlarının istiliyinə xüsusi diqqət yetirilməlidir. Bunun üçün mütəmadi olaraq otağı havalandırmaq və nəmləndirərək təmizləmək lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri