İyl
2021
22:16
35
392
8811
Virtual karabakh

Qırğızıstan-Tacikistan sərhədində atışma olub: Yaralılar var

8 İyl, 2021
22:16
8811

Qırğızıstan-Tacikistan sərhədində atışma olub: Yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstanın Tacikistanla sərhədində iki ölkə hərbçiləri arasında atışma baş verib.

TASS Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının mətbuat xidmətinə istinadən xəbər verir ki, atışma nəticəsində iki nəfər yaralanıb.

Qurumun yaydığı məlumata görə, atışmaya səbəb 4 qırğız sərhədçisinin qeyri-qanuni olaraq dövlət sərhədini keçməsi olub. “Kalaşnikov” avtomatları ilə silahlanmış sərhədçilər yerli sakinlərin atlarını oğurlamağa cəhd ediblər. Lakin Tacikistan hərbçiləri tərəfindən açılan atəş nəticəsində qırğız sərhədçiləri ölkə ərazisindən çıxarılıb. Onlardan ikisi yaralanıb.

Hadisə ilə bağlı Qırğızıstan tərəfi də açıqlama yayıb. Açıqlamada insidentin detallarının dəqiqləşdirildiyi, hazırda ərazidə tərəflər arasında danışıqların aparıldığı bildirlib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri