İyl
2021
10:52
108
54
4105
Virtual karabakh

“Taliban” nümayəndələrinin Moskva görüşünün nəticələri açıqlandı

“Taliban” nümayəndələri Orta Asiya ölkələrinin sərhədlərini pozmaq niyyətində olmadıqlarını bildiriblər.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında yayımlanan mesajda qeyd edilir ki, bu barədə onlar Rusiyanın paytaxtı Moskvada rus diplomatları ilə danışıqlarda deyiblər.

“Taliban”la danışıqlara Rusiya prezidentinin Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov rəhbərlik edib.

Nazirlikdən onu da deyiblər ki, Rusiya tərəfi bu dövlətin şimalında vəziyyətin sabitliyin pozulmasında narahatlığını bildirib və “taliban”çıları dövlətin ətrafında bunun yayılmasının qarşısını almağa çağırıb.

“Taliban” tərəfindən Orta Asiya dövlətlərinin sərhədlərinin qruplaşma tərəfindən pozulmaması və xarici dövlətlərin Əfqanıstan ərazisindəki diplomatik və konsulluq nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsinə dair zəmanət alındı”, - deyə Rusiya XİN-dən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri