18 
İyl
2021
16:49
169
206
3862
Virtual karabakh

Rusiyada COVID ölümlərində yeni rekord qeydə alınıb

18 İyl, 2021
16:49
3862

Rusiyada COVID ölümlərində yeni rekord qeydə alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 12-dən 18-dək Rusiyada koronavirus diaqnozu ilə vəfat edənlərin sayı 5417 nəfər təşkil edib.

TASS xəbər verir ki, bu, həftəlik ölüm göstəriciləri üzrə rekord nəticədir.

Son həftə ərzində ölkədə virusdan ölüm əmsalı artaraq 2.49%-ə çatıb.

Bildirilib ki, Rusiyada koronavirusun ən fəal ocaqları Moskva, paytaxt ətrafı ərazilər, eləcə də Sankt-Peterburqdur.

Qeyd edək ki, ötən sutka ərzində ölkədə 25 mindən çox yeni yoluxma halı aşkarlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri