20 
İyl
2021
07:50
353
19
2246
Virtual karabakh

Türkiyədə Ay missiyasında istifadə ediləcək raketin sınaqları keçirilib

20 İyl, 2021
07:50
2246

Türkiyədə Ay missiyasında istifadə ediləcək raketin sınaqları keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevral ayında elan etdiyi Milli Kosmik Proqramı üzrə işlər davam edir.

Layihəyə əsasən, qardaş ölkə 2023-cü ildə Aya sərt eniş reallaşdırmaq niyyətindədir.

“Anadolu” agentliyi xəbər verir ki, bu məqsədlə istifadə olunacaq “Sonda” raket sisteminin sınaqları uğurla başa çatıb. Raketin hibrid mühərriklə təchiz olunduğu bildirilib.

Həmçinin, qeyd edilib ki, Milli Kosmik Proqrama əsasən, Aya göndəriləcək ilk missiyanın pilotsuz həyata keçirilməsi planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri