20 
İyl
2021
03:50
115
12
1371
Virtual karabakh

Norveç Çini ölkə parlamentinə kiberhücumda ittiham etdi

20 İyl, 2021
03:50
1371

Norveç Çini ölkə parlamentinə kiberhücumda ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveç hökuməti bu ilin mart ayında ölkə parlamentinə kiberhücumun çinli hakerlər tərəfindən təşkil edildiyini bəyan edib.

Bu barədə “Norway Today” nəşri ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Norveç XİN-in rəhbəri İne Eriksen Söreyde bəyan edib ki, kiberhücum “Microsoft Exchange Server” platformasındakı boşluqlardan istifadə edilməklə həyata keçirilib.

Onun sözlərinə görə, cinayətin arxasında çinlilərin dayanmasını təkcə yerli mütəxəssislər deyil, Aİ ekspertləri və “Microsoft”un əməkdaşları da təsdiq edib.

Norveç XİN başçısı qeyd edib ki, Çin hökuməti belə məsələlərə ciddi yanaşmalı və kiberhücumların qarşısını almalıdır.

Onu da bildirək ki, artıq məsələ ilə bağlı Çinin Oslodakı səfiri XİN-ə çağırılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri